Текст песни
Komada 3 il, öləli bir ildir
Bilirdim, nə demişdimsə, çıxacaq hamısı, bilirdim
Qartal həminkidir, qələmin pasını silib qayıdıram
Bakıya salam söylə, de ki, ’’морг’’dakı adam dirildi
Söndür işıqları, onsuz da əbədi zülmətdəyik
Sən şair deyilsən, necə ki, erməni millət deyil
Kağız, qələm, fərqi yoxdur, cəbhə və ya sipər
Mən yaraşıram Bakıya, necə ki, Türkə müharibə
Bu dəfə neçə şəhidimiz var, neçə can getdi, danış?
Neçənci dəfə kağız üstündə Azərbaycan getdi, danış?
Yenə telekanallarda gizlədirlərmi hər bəlanı?
Deyirəm, yenə villadan şəhid çıxmadı ha, Kərbəlayı?
Özünüzü aldatmayın, keçmirik epoxadan
Mən sırf kütlə sevir deyə yazmadım otdan, poxdan, kokadan
Hə, Bakıdanam, küləkdənəm, küləkli yerlərdənəm
Mən yolundan dönməyənlərdənəm
Gel
Zincirleri köklerinden ellerinle kır
Gel…
Gel
Sesimi aç, adımı bağır, elleri kaldır
Gel…
Olmadı, bacarmadıq, oyada bilmədik bu xalqı, ‘’bro’’
Dön, bax geriyə, gör neçə nəfər əvvəlki kimi qaldı, ‘’bro’’
Eybi yox, qayıdıram haqqımı almağa
Haqqımı ver, haqqına de
Bu yolda mən qədər alnından axdımı tər? Taxtımı ver
Ölmədim mən, hələ varam
Gözü qara canavaram
Yazım, töküm, gəlib apar
Dəli qanam, gözümə bax
Mikrofonuma darağı tax
Ta-ta-tax, qana bataq
Repdə mən - ən ulu dağ
Sona qalan Yalquzaq
’’Воля’’nı ver mənə, saplasın hərdən
’’Толпа’’sı gəlsin, xaltası məndə
Rep diasporadırsa, Ramil Səfərovun baltası məndə
Bas qaza bir də və bir daha dinlə ki
Susduğum illər uzandı dillər
Doldu səbir və oldu ömür tən
Pranga repə görə çıxdı qəbirdən
“Mic”-ı “kalaş”-dır, qələmi də güllə
Hədəfidir zirvə, ki tələb edir illər
Hələ bir də dinlə
Qələm elə mənə gərək hələ
Tələb elə, vərəq ələ gələ yenə
Gəlib bir də belə qələt elə
Bilə-bilə demə mənə
Kələ, bir də rep eləmə
Gəl a, bunu dinlə, tələf olan illər
Pranga repə görə keçdi ömürdən
Ey, ayağımızın altını “KKB” yoxsa “illüminatı”-mı qazır?
Elə qayıdıram sanki, ‘’Tupac’’ türmədə “Killuminati”-ni yazır
Elə bil dirilir ölülər, vidalar sonlara qarışır
Elə qayıdıram elə bil Pranga tək milyonlara qarşı
O “sound”un səsini kəsin, eləyin ‘’down, (down)’’
“Hi hat”larım Əlinin “uppercut”ı, “knockdown”
Bu yeni bazarda köhnə “sound”, Bakıda Pranga - Asiyada taun
Pranga “parental advisory”, Pranga ‘’Real Underground’’