Текст песни
Bu gecə əlim tətikdə
Bu gecə gəmiləri yandırdım
Bir qərib ölümə gedirdim
Məni xəyalın dayandırdı
Bu gecə çətin keçəcək
Duman çöküb bu vadiyə
Bağışla, vaxtım olmadı
Sənə əlvida deyəm
Bu gecə əlim tətikdə
Bu gecə burada qurunun oduna yaşım yanar
Bu gecə üzün məndən uzaqlaşır fəna
Sağım viran, solumda sən, önüm duman
Bu gecə sərtdir, qaşım çatıq, başım bəla
Başım bəla, gözüm qara
İtər, gedər üzüm, səsim, izim, yaram
Məndən geriyə şəkillərdə tozum qalar
Bu dünyada gözüm qalar
Mahnılarda sözüm qalar
Bu gecə əlim tətikdə
Duman da var, dağ da var
Üzülmə sən, həyatdır
Gedib qayıtmamaq da var
Həyat riyakardır, şərəfə qaldır, içim
Şeytan çalır kamanı, qalanı tanrı seçir
Bu tənhalıq verir metastaz içimdə
Bu gecə şahid
Bu gecə özümlə savaşım bir xeyli qanlı keçir
Gələrsənmi, çağırsam?
Bu vadidə ulayıb adını bağırsam
Toz-duman içində flama, şinel
Bu gecə, bəlkə, qayıdıb sənə gələrdim
Bu çən-duman dağılsa
Bu gecə əlim tətikdə
Bu dağ bilir ahımı
Gözləyirəm şeytanı
Doldurub silahımı