Текст песни
Sevgilim, mən öləndə
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla
Ağla, һeyranım, ağla
Evdə qonaqlar olsa
Çıxıb eşikdə ağla
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla
Qulaq asma aləmin
Sözünə bircə kərə
De, Vaqif ölməliydi
Gəl öldü naһaq yerə
Yetimliklə doludur bu xurcun
Bu ömrün var bizə bir cavanlıq borcu
Nə illər yordu məni, nə sevdalar soldu
Qaldırıram yumruğumu azadlığa doğru
Sonsuzluğa doğru
Uşaqlığımı evimizin döngəsində qoydum
Bu yalan ömrümdə son dəfə sənlə güldüm
Son dəfə anamın təmiz süfrəsində doydum
Bu həmin vida yeri
Bu dünya ayırır bizi, bu dünya Xüdafərin
Darayır saçımı külək, belində köhlən atın
Sən ki mən gedəndə ağlayan qadın
Məndə bir şəklin var
O köhnə dostlarla bir şəkildəyik
Məndə bir şəklin var - güləndə çəkildiyin
Məndə bir şəklin var - baxmağa çəkindiyim
Səsin çatar mənə
Ömür səndən alar dərdi satar mənə
Həvəs bitər, günəş sənlə batar yenə
Sonda silahı ümidim uduzub atar yerə
Səsim çatar sənə
Gələr bir gün həmin perona qatar yenə
Ölüm minib köhlən atını çapar yenə
Sənə gələndə yol üstündə çatar mənə
Ağla, qurbanım, ağla
Ağla, һeyranım, ağla
Evdə qonaqlar olsa
Çıxıb eşikdə ağla
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla
Qulaq asma aləmin
Sözünə bircə kərə
De, Vaqif ölməliydi
Gəl öldü naһaq yerə