Обложка трека Sən Gəlməz Oldun — Pranga
5:16

Pranga Sən Gəlməz Oldun Canlı

Сингл · 2026

Скачать

Текст песни

Deyirdin, baharda görüşərik biz
Bahar gəldi, keçdi, sən gəlməz oldun
Deyirdin, baharda görüşərik biz
Bahar gəldi, keçdi, sən gəlməz oldun
Cismin əziz, xəyalın özündən də əziz
İllər ötdükcə unudulur o gözəl üzün təmiz
Sevmədilər gözünü, dedilər, Bakıya bəsdir bir dəniz
Bir az kədər, bir az qəm və bitdi bizim hekayəmiz
Sanki sənə yazılır bütün nəğmələr
Aylar ötər, geriyə qalan xatirən də köhnələr
Gətirmədi nə payızlar, nə baharlar səni
Gətirmədi nə gəmilər, nə qatarlar səni
Mən hələ də gözlərəm o köhnə yerdə köhnə yağışlarla
Hər gələn gəmini yola salaram eyni baxışlarla
Bəlkə gəldin, hələ də bəlkələrdir ümidim
Sən gəlməz oldun, nə edim mən?
Uçuşur səmada xəyallar bax
Ayırır məni səndən uzaqlar
Axı sən demişdin ki, dəyişmərəm məsafələr artdıqca
Dəyişən nədir məndən uzaqda? (Xatirələri qucaqla)
Göy gözü göydən də gözəl qadın
Bu yerlərdə yoxluğun bir gün belə azalmadı
Nə yandırdı vərəqini? Nə sındırdı qələmini?
Nə mane oldu ki, bir məktub belə yaza bilmədin?
Baharlar da gəlmədi, sən gedəli yaz olmadı
Yalan yox, səndən ötrü darıxdığım az olmadı
Həzin rekviyem, buludlar və qırmızı çətirin
Sol yanımda qızılgüllər əkərdim ki, getməsin ətrin
Siyah bəxti gözümdən də siyah qadın
Canı sənə qurban demişəm, qiblən hayandadır?
Mən heç vaxt bir anamın laylasına
Bir də sənin güllər açan gülüşlərinə doyammadım
Nə gözəl qocalmışıq biz
Səadəti də bədənimiz kimi borc almışıq biz
Kaş ki yenə də evdə yalan deyib gələydin
Məktəb illərindəkitək saçını yığıb, bəyaz geyib gələydin
Kəsmə qızıl hörüklərini, onlara toxunma, nə olar
Yaralı ruhum o yollarda yorulmuşdu, mənə tanışdır o yollar
O yollarda bir səhər Palçıq Adam Yağış Qadın-a vurulmuşdu
Mən yanaram fərağında şam-ü səhər səndən iraq
Xoş günlər onsuz da keçir, ağrıları da zamana burax
Deyirlər ki, qadınlar saçlarını kəsərək intihar edir
(Şairlərsə şeirlərini yandıraraq)
Özümlə qaldım, zülfün ətri dizimdə qaldı
Gedəndə bütün o yaşanmışları özünlə aldın
Sən bir parça şeirlərdə, bir az gözümdə qaldın
Səni mənə verən Allah məni özümdən aldı
Saçları şeir qadın, qəmz-ü zənəxdanına qurban
Daha bu köhnə ev də qoxunla dolmur
Gör nə gündəyəm ki, toxuna da bilmirəm sənə
Axı xəyallara toxunmaq olmur
Daşlaramı dəydi, sındı əhdimiz?
Aylar-illər keçdi, sən gəlməz oldun
Sən gəlməz oldun, sən gəlməz oldun
Sən gəlməz oldun, sən gəlməz oldun
Daşlaramı dəydi, sındı əhdimiz?
Aylar-illər keçdi, sən gəlməz oldun
Sən gəlməz oldun, sən gəlməz oldun
Sən gəlməz oldun, yarım, ey
Gözləyirəm mən, gözləyirəm mən
Nə gəlməz oldun
Gözləyirəm mən, gözləyirəm mən
Sən gəlməz oldun

0:00 0:00