Перейти к содержимому
Обложка трека Xatirə — Pranga feat. Xəzər Azadbəyli
2:31

Трек

Pranga feat. Xəzər Azadbəyli Xatirə

Сингл · 2026 · Рэп

Скачать

Текст песни

Yorulub adam uduzar hərdən
Solar qızıl xrizantemlər
Getmək idi səni bitirən
Qalmaq idi uduzan həmləm
Yandırıram kağızları, yandırdın o rızla’nı
Sən sevirdin tütün dadını, o tündlüyü - ağızdakı
Ağlayırdın pişiklərə havalar soyuq olanda
Ağaclıq idi biz tərəfdə evə aparan yol onda
İndi həmin ağaclığın yerində daş binalar
Məsafələrin üstünə yıxılsa kaş binalar
Üzün-gözün, izin-tozun yavaş-yavaş yoxa çıxır
Gül dərirəm indi sənə - sinəmdəki dağa çıxıb
Söndürürəm közlərini, gözlərində özgə biri
Sən batırdın öz gəmini, yelkənin də gözdən itir
İndi silirəm adını, sanını, yazılanı bir qələmdə
Daha sənə görə bir gecə içib-içib ölə bilmərəm mən
İndi sənin saçlarında zaman uduzur qaraları
Yaranı vuran çıxır, gedir, mən qalıram, yara qalır
Səsin-sözün, odun-közün yavaş-yavaş yoxa çıxır
İndi səni sevməyə də heç ürəyim yox, açığı
Yandırıram bir papiros, söndürürəm mühərriki
Altındayam pəncərənin, yağan yağışdır şərikim
20 yaşım, bu pəncərə - nə tez keçdi ömür elə
Yaşadım həyatı ən uclarda, sevdim səni mən ölümünə

0:00 0:00