Текст песни
İndi gözlərindəyəm, ona görə də ağlama
İzin vermə, göz yaşın olub düşüm yanağına
Yandırırdı hər gecə xəyalını qucaqlamaq
Zülfümün hər şanəsi keçdi ömür darağına
Nə qədər zaman keçsə də, burada - sol yanımdasan
Yağış ətirli saçlarını sığallasın küləklər
Qarışmışsan damarlarıma, dövr edən qanımdasan
Yüz illər belə keçsə, unudulmur mələklər
Yoluma bax, ölümə gedən hər qatarla səfərdəyəm
Üzümə bax, tanış gəlirmi gör indi bu qırışlar?
Oradayam yenə - öldürdüyün o yerdəyəm
Yenə də həmin küçəni isladırdı yağışlar
Ağlama, axı sən ağlasan, mən də ağlaram
İstəməzdim, hər gecə ağrılarımı görəydin
Saçına düşən yağış, pəncərəmdə damla qaram
Bahar gəldi, mən də gedim, yolçu yolda gərəkdir
Getmə, çünki gedişinə dözməyəcəm mən, düzü
Sənin qızıl şanələrini vəsf eləyir hər sözüm
Həmişə üzüm gülsə də, bir də gülməyəcək gözüm
Onda nə xeyri var əgər, qoy heç gülməsin üzüm
Gündüzüm, həsrətdir bax indi Günəşə gündüzüm
Gətir, o qızıl zülfünün tellərində gül düzüm
Alışmışam yanımda olmadığın hər gecə
Bir-iki tütün alışsın, badələrimə mey süzüm
Və vücudumun sol yanında çiynim üstə qalıb izin
Cavid deyə bilməmişdi, getmə, yağmurun qızı
Hər ayrılıq günündə küçələrində külək əsir
Deyəsən, heç Bakı da onda sevməmişdi bizi
Qonaq gəldi xəyalın, danışdıq bütün gecə
Danışdıq, amma sonda getməyi ilə barışmadım
Niyəsə yazanda Cavid ağlayırdı dün gecə
Bir də mənim həyatımda olmayacaq yağış qadın
Sən gələndə milyonların içincə yalnız idim
Küləklərlə gəlmiş idin, küləklərlə gedirsən
Dəniz rəngli gözlərinlə tanrıların qızı idin
Cənnətdən gəlmiş idin, indi mələklərlə gedirsən
Əllərim boş qalıb, yazılarımda azırdım
Sən heç istəməsən də, təkcə səndən yazırdım
Dünən gecə xəyalın qonaq gəldi otağıma
Tüstü şəraba qardaş oldu və bu mahnı yazıldı
Xəzər lazım deyil mənə, onsuz da gözlərin dəniz
Mənim qara gözlərim kimi qaradır bəxtimiz
İçimdə varsan deyə ölüm qorxudur məni
Bir az kədər, bir az qəm və bitdi bizim hekayəmiz