Обложка трека Azərbaycanlı Naxışı — Araz Rafail
2:13

Araz Rafail Azərbaycanlı Naxışı

Сингл · 2025

Скачать

Текст песни

Fərqi yox, əsmər, sarışın
Sanki gözəllik yarışır
Bəzəyir hər bir qarışı
Ləzgisi, avarı, saxuru, talışı

Oturuşu-duruşu ağır
Yerişi yaraladı ağır
Xəzərdən sanki pəridir, baxır
Bir saçları var, elə bil nağıl

Hansını sayım? Sərt baxışınımı?
Yoxsa yanaqda batışınımı?
Ürəyə yağ kimi axışınımı?
Azərbaycanlı naxışımı?

Sərt, sərt baxışınımı?
Yoxsa yanaqda batışınımı?
Ürəyə yağ kimi axışınımı?
Azərbaycanlı naxışımı?

Kazak, özbək, qırğız, türkməni
Dillərə dastan gözəllikləri
Azərbaycanlı türkləri
Bitməz, yazsam özəllikləri

Oturuşu-duruşu ağır
Yerişi yaraladı ağır
Xəzərdən sanki pəridir, baxır
Bir saçları var, elə bil nağıl

Hansını sayım? Sərt baxışınımı?
Yoxsa yanaqda batışınımı?
Ürəyə yağ kimi axışınımı?
Azərbaycanlı naxışımı?

Sərt, sərt baxışınımı?
Yoxsa yanaqda batışınımı?
Ürəyə yağ kimi axışınımı?
Azərbaycanlı naxışımı?

0:00 0:00