Обложка трека Dönərdim Əvvələ — Rəssam, Araz Rafail
2:53

Rəssam, Araz Rafail Dönərdim Əvvələ

Сингл · 2026

Скачать

Текст песни

Heç düşünmədən dönərdim əvvələ
Bir yol denən, məni gətirsin izinə
Axı sevmədik ki, biz sonunda üzülək
Bir söz yıxıb, bir söz qovuşdurar yenə

Gözlər yorulub necə
Məni boğur həsrət necə də
Sayıram sənsiz keçən hər günümü
Qarışıb yuxular necə də
Heç alışmadım sənsiz açılan sabahın xeyirə
Mənə çətin olmaz düşünürdim, bəlkə də ən çətin oldu mənə
Çoxdur bəhanələrim, mən də mükəmməl deyiləm ki
Yandırıb körpüləri, axı əlimizdən nə gəlir ki?
İnsan itirər, sonra sinəsinə elə dağ çəkilər ki
Heç gözləmədən gecə həsrət elə bir film çəkəcək ki

Bu dəfə uşaq kimi uçuşaq
Sevginin saf səssizliyinə
Hamıdan uzaq, yenə də susaq
Dalaq həyatın vecsizliyinə

Eləcə susaq, eləcə susaq
Sevginin saf səssizliyinə
Hamıdan uzaq, yenə də susaq
Dalaq həyatın vecsizliyinə

Heç düşünmədən dönərdim əvvələ
Bir yol denən, məni gətirsin izinə
Axı sevmədik ki, biz sonunda üzülək
Bir söz yıxıb, bir söz qovuşdurar yenə

Heç düşünmədən dönərdim əvvələ
Bir yol denən, məni gətirsin izinə
Axı sevmədik ki, biz sonunda üzülək
Bir söz yıxıb, bir söz qovuşdurar yenə

0:00 0:00