Текст песни
Sevən bilər
(Acı da olsa bu eşqə dözərəm)
Gözlərdən əhvalını
(Sən pis olanda mən də pisəm)
Bir sözdən hər halını
(Mənlə soyuq danışmaq heç vaxt)
Əsl, sevən bilər
(Səndən əziz kimim var ki?)
Sevən bilər
(Gizlətmə gözlərini məndən)
Hiss edər kədərini
(Uzaq da olsa hiss edərəm)
Deyilməyən sözlərini
(Demədiyin nəsə var mütləq)
Tək sevən bilər
(Bunu deməsən də bilirəm)
Sən mənim canımın bir parçası
Sən ən dərin hisslərin leylası
Mən doymaram bu eşqdən bir an belə
Sən canımın ayrılmaz bir parçası
Sən ən dərin hisslərin röyası
Mən doymaram bu eşqdən inan mənə
Olacaqsa çətin, sənsizlik olmasın
Sənlə keçməyə razıyam bütün sınaqlardan
Batanda Günəş, düşəndə qaranlıq
Sənin varlığını hiss edim daima yanımda
Nəfəs qədər yaxın ol, ax damarlarımda
Sənlə varam ən uca dağları yıxmağa
Saçlarını dalğalandıran külək, isladan yağış
Səninlə bağlı olan hər məqamım yadımda
Sarılım, sarılım, sarılım sənə lap möhkəm
Bu saat dayanır, eləcə qalım
Sənin yanında oluram sərxoş, biraz havalı
Eləcə baxım, toxunum saçına, üzünə
Sevgi ilə baxım
Sən mənim canımın bir parçası
Sən ən dərin hisslərin leylası
Mən doymaram bu eşqdən bir an belə
Sən canımın ayrılmaz bir parçası
Sən ən dərin hisslərin röyası
Mən doymaram bu eşqdən inan mənə