Текст песни
Bax gör keçib neçə vaxt
Çalışdım sənlə bağlı qapıları bağlamaq
Hələ də içimdən amma gəlir ağlamaq
Hələ də istəyirəm sənə sarılmaq
Yadımda hələ də o soyuq əllərin
Mənə toxunanda isinir bədənin
Bəlkə də qarşında vardır yüz səbəbin
Bəlkə də bilmədən heç üzdüm mən səni
Mədəni şəkildə ayrıldıq
Kaş bağırıb qışqırsaydıq
Gecələr tənha qalanda
Yaz darıxanda
Gecələr tənha qalanda
Yaz darıxanda
Gecələr uzun yata bilmirəm
Düşündüm içimdə hər şeyi bitirəm
Görəsən səni niyə silib ata bilmirəm
"Hər şey yaxşıdır" desinlər deyə min cür sifətə bürünürəm
Dözürəm
Yanıram
Sönürəm
Mədəni şəkildə ayrıldıq
Kaş bağırıb qışqırsaydıq
Gecələr tənha qalanda
Yaz darıxanda
Gecələr tənha qalanda
Yaz darıxanda