Обложка трека Sevdinmi Məni Heç — Fidan Aliva
3:12

Fidan Aliva Sevdinmi Məni Heç

Сингл · 2024

Скачать

Текст песни

Gecə düşərkən canımı bürüyür kədər
Olmazdı kaş verdiyin o vədlər
Bilmirəm necə toplayım gücümü
Bircə dəfə olsa de mənə düzünü

Gecə düşərkən canımı bürüyür kədər
Olmazdı kaş qoyduğun o hədlər
Bilmirəm necə ələ alım özümü
Bircə dəfə olsa de mənə düzünü

Sevdinmi məni heç?
Mən sevdiyim qədər
Düşünürəm öz-özümə bəlkə bir gün keçər
İynə kimi batır amma fikirlər

Sevdinmi məni heç?
Mən sevdiyim qədər
Düşünürəm öz-özümə bəlkə bir gün keçər
İynə kimi batır amma fikirlər

Halım qalmır
İnsan qanmır
Dillər elə sancır
Qəlbində gəl daşı
Qalmayıb ki, dost, nə də sirdaşım
İnsan hər şeyə, təkliyə də alışır

Bu dünya dağılır get-gedə
Heç qalmayıb ki, xətri də
Kaş getmək elə asan olsa
Mən səni sevdim
Amma sən yoxsan

Sevdinmi məni heç?
Mən sevdiyim qədər
Düşünürəm öz-özümə bəlkə bir gün keçər
İynə kimi batır amma fikirlər

Sevdinmi məni heç?
Mən sevdiyim qədər
Düşünürəm öz-özümə bəlkə bir gün keçər
İynə kimi batır amma fikirlər

0:00 0:00