Текст песни
Paltarı yavaş-yavaş soyun əynindən
Sərin külək nə xoş əsir sahildən
Qorxma, yaxın gəl tutum əlindən
Mənə sarıl, mənə sığın könüldən
Başımı qoyum sinənə
Nəfəsim dəysin nəfəsinə
Elə öp ki, dadın qalsın damağımda
Bir anlıq belə dayanma
Bədəninə bərk sıx, buraxma
Elə sev ki, qanım donsun damarımda
Səni ilk gördüyüm andan
Bilirdim ki, qadınımsan
Bir gün, bir gecə, bir ömür boyu mənim olacaqsan
Uzaqdan nə soyuqsan
Yaxından yandırırsan
Hələ mənim qollarımda çox yanacaqsan
Yan yan…
Yana-yana-yana-yana söndü ocaq
Bir anlıq qaranlığa büründü otaq
Cənnətimiz olan zülmümüz oldu bu yataq
Elə sandıq həmişə olacaq
Bizdən sonra nə qalacaq?
Sənin həyatında bir gecəlik oldum qonaq
Düz yoluna gedərsən yalansan
Yaxşılıq edərsən - yamansan
Bir səhv edərsən bir ömür boyu yanacaqsan!
Yan yan…
Комментировать