Текст песни
Həyat bir anda sənə acı gəlsə
Gözlərində parıltı sönsə
Yaddaşdan hər şey silinsə
Yanıma gəl
Gözlərin yaşla dolub-dolub daşsa
Üsyan qəhər tək səni boğsa
Ürəyində söz qalmasa
Yanıma gəl
Bilirəm ki, ürəyində yaran var
Yarana məlhəm sürüm
Qarşında bir boş şərab badəsi var
Badənə şərab süzüm
Əgər harayını eşitmədilərsə
Pıçıltını kim eşidər?
Sevgi ürəyini artıq heç döymürsə
Həyatın nəyə dəyər?
Həyatın nəyə dəyər?
Həyat bir anda sənə acı gəlsə
Gözlərində parıltı sönsə
Yaddaşdan hər şey silinsə
Yanıma gəl
Gözlərin yaşla dolub-dolub daşsa
Üsyan qəhər tək səni boğsa
Ürəyində söz qalmasa
Yanıma gəl
Bilirəm ki, ürəyində yaran var
Yarana məlhəm sürüm
Qarşında bir boş şərab badəsi var
Badənə şərab süzüm
Əgər harayını eşitmədilərsə
Pıçıltını kim eşidər?
Sevgi ürəyini artıq heç döymürsə
Həyatın nəyə dəyər?
Həyatın nəyə dəyər?
Həyatın…
Комментировать