Текст песни
Sevə-sevə dözər ürəyim
Ya qədər olar axırı, ya da ki, kədər
Qara gecələrini elədim səhər
İnsafsız
Məndən bu qədər
Məndən bu qədər
Səni sevsəm də
Varlığın yoxluğundan betər
Düşünsəm də, unutmuşam hər şeyi mən
Çağırsan gələrəm, ona görə əl dəymə
Uzun illər olub artıq hər dəqiqə
Daha dəyişmişəm, yoxluğumdur sənə fayda
Bilirəm ki, neyləsəm də eyni şeylər olmaz
Eyni filmdəyik, amma tam fərqli obraz
Ya bitirmişik ürəkdə, ya dolmuşuq
Yandırıb cavablarımızı, yad olmuşuq
Gözümün işığı
Hələ də aşiqəm
Amma ki, yox ümidim deyə danışıram
Röyalarda sənə yenə qovuşub
Yalan bir dünyada barışıram
Sevə-sevə dözər ürəyim
Ya qədər olar axırı, ya da ki, kədər
Qara gecələrini elədim səhər
İnsafsız
Məndən bu qədər
Məndən bu qədər
Səni sevsəm də
Varlığın yoxluğundan betər