Обложка трека DÜŞÜN GECƏLƏR — YAP10 feat. Lalə Məmmədova
3:28

YAP10 feat. Lalə Məmmədova DÜŞÜN GECƏLƏR

Альбом · Romanti̇k · 2026

Скачать

Текст песни

Yıxdın xəyal adlı tikililərimizi
Çətin ki, bölüşə bilərik biz bir daha da fikirlərimizi
Başlatdın tək illərimizi
Götür şəkillərimizi
Səssiz ağlayaraq onlara bürün gecələr

İnan ki, bu könlüm təkcə səndə tapır əlacı
Həyatımda itirilər şirin, tapılar acı
Düşür üzümüzə ay, hər gün qapılar açıq
Heç bəxti gətirmir ki, bu cütlüyün gecələr

Məni düşün gecələr
Düşün gecələr
Gözdən axan yaş ol, yanağımda sürün gecələr
Məni düşün gecələr
Düşün gecələr
Axı mən ancaq səni düşünürəm bütün gecələr

Məni düşün gecələr
Düşün gecələr
Gözdən axan yaş ol, yanağımda sürün gecələr
Məni düşün gecələr
Düşün gecələr
Axı mən ancaq səni düşünürəm bütün gecələr

Eşqi-avarə olmuşam, mənim vay halıma
Aşiq yuxuda ikən ləbləri gül sayağlayar
Mən bu gecə yaralıyam
Həmdəm xəyalıma
Bir az sən olginən
Bir az da tütün gecələr

Yaradım xaruqələr
Buna aludəyəm
Sən adlı xəyallarım vardı mənim namı dəyər
İçmişəm xatirəni, görürəm xatirələr
Yadımda dəyərdi o vaxt üzümə üzün gecələr

Bəlkə gecikdim, bəlkə tələsdim
Günəş istədim, amma küləklər əsdi
İllər gedərmiş heçə
Kaş gəlməsin gecə
Çün sevənləri anlamır, ərköyün gecələr

Məni düşün gecələr
Düşün gecələr
Gözdən axan yaş ol, yanağımda sürün gecələr
Məni düşün gecələr
Düşün gecələr
Axı mən ancaq səni düşünürəm bütün gecələr

Məni düşün gecələr
Düşün gecələr
Gözdən axan yaş ol, yanağımda sürün gecələr
Məni düşün gecələr
Düşün gecələr
Axı mən ancaq səni düşünürəm bütün gecələr

(Məni düşün gecələr)

0:00 0:00