Текст песни
Məni axtarma
Nə yığ, nə də yazma
Yaşamalısan karma
Heyif o vaxtlarıma
Axtarma
Daha geri baxma
Darma-dağın halıma
Heyif o vaxtlarıma
Məni axtarma, axtarma
Yol al!
Səsin artıq yorar
Peşman barmaqlar saçları yolar
Zaman elə gələr, elə yadına düşərəm
Bilməli idin, hamı gedər, amma o var!
Sənə nifrət zamanla yaranıb
Zaman sarar mənim zamanla yaramı
Yaxşı vaxtlarımızı yadıma salmıram
Su da şəfadır, incidir yaranı
Ağır olsa da, bunu bilməlisən
Bitmisən! Artıq yaman gülməlisən
Sənə 8 mart gül almaq üçün 7-si ölməlisən
Məni axtarma
Nə yığ, nə də yazma
Yaşamalısan karma
Heyif o vaxtlarıma
Axtarma
Daha geri baxma
Darma-dağın halıma
Heyif o vaxtlarıma
Məni axtarma, axtarma
Aşma sərhədi, xətti, mənə ziddi
O sevgi bəddir, hətta mənə dərddir
İndi yoxdu xətrin, bitdi, xoş getdin!
Sənə sadiq olmuşam necə Romaya Totti
İstərəm bilsin!
İndi keçib hirsim
Bir isim bəs idi ağlamağıma, bir də bir sim
Barmaq adımı silsin, amma çətin qəlb kirisin
İndi tap göz yaşını birisi silsin
Vecimə deyilsən, içimə dərd almıram
Önümə baxıram, hələ də niyəsə xəyala dalmıram
Tək qalmıram, kimisə sən sanmıram
Artıq sənə görə içib qapını səhv salmıram
Məni axtarma
Nə yığ, nə də yazma
Yaşamalısan karma
Heyif o vaxtlarıma
Axtarma
Daha geri baxma
Darma-dağın halıma
Heyif o vaxtlarıma
Məni axtarma, axtarma
Məni axtarma
Nə yığ, nə də yazma
Yaşamalısan karma
Heyif o vaxtlarıma
Axtarma
Daha geri baxma
Darma-dağın halıma
Heyif o vaxtlarıma
Məni axtarma, axtarma