Текст песни
Görəsən eşqə düşənlər niyə hər gün darıxır?
Düşünür, düşünür gecələr, hey düşünür.
O qədər məst oluram, gözlərimə mey toxunur,
Döyünür, döyünür ürəyim, hey döyünür.
Sevgilimin bir sözü var, divanəsən, içirsən
Amma ürəyimdən yenə sən, yenə sən keçirsən.
Sevgilimin bir sözü var, divanəsən, içirsən
Ama ürəyimdən yenə sən, yenə sən keçirsən.
Gəl sənə sağlıq deyim,
Badəni qaldır, başımız dönsün.
Darıxmışam sevgilim,
Qoy bizim aləmdə işıq sönsün.
Utanma
Çəkinmə
Qoy bizi birlikdə görən görsün.
Bu məhəbbət məni bir hala salıb gəl görəsən
Sevirəm, sevirəm nə edim, çox sevirəm.
Bu işin əvvəli var, axırı yoxdur, deyəsən
Bilirəm, bilirəm sonu yoxdur, bilirəm.
Sevgilimin bir sözü var, divanəsən, içirsən
Amma ürəyimdən yenə sən, yenə sən keçirsən.
Sevgilimin bir sözü var, divanəsən, içirsən
Ama ürəyimdən yenə sən, yenə sən, keçirsən.
Gəl sənə sağlıq deyim,
Badəni qaldır, başımız dönsün.
Darıxmışam sevgilim,
Qoy bizim aləmdə işıq sönsün.
Utanma
Çəkinmə
Qoy bizi birlikdə görən görsün.