Текст песни
Bil ki, heç vaxt unutmadım səni
Can atmadım, çalışmadım, bacarmadım ki
Səndən sonra yıxılmışam, heç qalxmadım ki
Hər an sənin, sənin oldum, özüm olmadım ki
Bil ki, heç vaxt unutmadım səni
Can atmadım, çalışmadım, bacarmadım ki
Səndən sonra yıxılmışam, heç qalxmadım ki
Hər an sənin, sənin oldum, özüm olmadım ki
Mən heç səni unutmadım
Unutmadım bir an belə
Qırıldığım o nöqtədəyəm sadəcə
Sadəcə vaxt dəyişib təqvimdə
Məni buraxdığın yerdəyəm hələ də
Eşit, boğazımda düyünlənib qəhər
Məni görən düşünür, hissiz biriyəm
Əslində bərk dayanmışam
Bərk dayanmışam ki, qamətim düşər
Bir gün bitəcək bu həsrətimiz
Dəli könlüm sənsiz dura bilmir
Dili var, dinə bilmir
Bu közüm sönə bilmir, alışıb dözə bilmir
İçimdə yorğunluq o gündən
Bağlarımız heç vaxt qopa bilməz
Qəlbimdə elə bir yerin var ki
Kimsə gəlib, əvəz edib yerini doldura bilməz
Məni anlamaq üçün qəlbimi yar
Dərindəsən, qopmayan tilsimin var
Beynimdə susmayacaq, səs-küy edən
Bir ömür eşitmək istədiyim tək bir səs var
Həyat başqa yollara aparır
Eyni səma, eyni günəşin altında
Yaşadığım heç nəyin bir dadı yoxdur
Tək səni gördüyüm yuxular istisna
Bil ki, heç vaxt unutmadım səni
Can atmadım, çalışmadım, bacarmadım ki
Səndən sonra yıxılmışam, heç qalxmadım ki
Hər an sənin, sənin oldum, özüm olmadım ki
Bil ki, heç vaxt unutmadım səni
Can atmadım, çalışmadım, bacarmadım ki
Səndən sonra yıxılmışam, heç qalxmadım ki
Hər an sənin, sənin oldum, özüm olmadım ki
Ещё от Rəsul Əfəndiyev