Текст песни
İllərdə, aylarda, ayrılan yollarda
Mən səni tapaydım kaş
Mənalı gözlərin təkliyə dözməyir
Bir dönüb baxaydı kaş
Susur mavi dəniz, göylərdən xəbərsiz
Alır zülmət aləmi
Anlar ötüb keçdi, yollar ayrı düşdü
Gör necə yandırır intizar qəlbimi
Sənsiz qəlbim ağlar, hanı ötən çağlar?
Geriyə dönəydi kaş
Nakam qaldı arzu, ayrılıq ulduzu
Bir yolluq sönəydi kaş
Bir yolluq sönəydi kaş
Yetər bu ayrılıq, hicranın gözündən
Göz yaşı axaydı, kaş
Mənalı gözlərin təkliyə dözməyir
Bir dönüb, baxaydı kaş
Dünya sənsiz heçdir, hicran səni seçdi
Taleyim güləydi kaş
Sirli xəyal kimi, şirin vüsal kimi
Ömrümə gələydi kaş
Hər axşam, hər səhər küskün bənövşələr
Səni gəzər, axtarar
Anlar ötüb keçdi, yollar ayrı düşdü
Sarsıldı ümidlər, o şirin arzular
Sənsiz qəlbim ağlar, hanı ötən çağlar?
Geriyə dönəydi kaş
Nakam qaldı arzu, ayrılıq ulduzu
Bir yolluq sönəydi kaş
Bir yolluq sönəydi kaş
Yetər bu ayrılıq, hicranın gözündən
Göz yaşı axaydı, kaş
Mənalı gözlərin təkliyə dözməyir
Bir dönüb, baxaydı kaş