Текст песни
Bu qızın gözləri sanki mavi dənizdir
Qıvrım-qıvrım saçları, üzü də aybənizdir
Anlamır ki, vurulmuşam, sevirəm, aşiq olmuşam
Sevgim mənim günəşdən, aydan, sudan təmizdir
Mənimlə üz-üzə gələ-gələ
Gözü məni görmür bilə-bilə
Mənimlə üz-üzə gələ-gələ
Gözü məni görmür bilə-bilə
Bu qədər gəl dedim, gəlmədi
Gedirsə, getsin gülə-gülə
Bu qədər gəl dedim, gəlmədi
Gedirsə, getsin gülə-gülə
Yoxdurmu dərdimə çarə, ürəyim parə-parə
Yoxdurmu dərdimə çarə, ürəyim parə-parə
O, mənə: “gəl”,-desə, gələrəm
“Öl”,-desə, onun üçün ölərəm
Onun hər nazını çəkərəm, çəkərəm, çəkərəm
Mənimlə üz-üzə gələ-gələ
Gözü məni görmür bilə-bilə
Mənimlə üz-üzə gələ-gələ
Gözü məni görmür bilə-bilə
Bu qədər gəl dedim, gəlmədi
Gedirsə, getsin gülə-gülə
Bu qədər gəl dedim, gəlmədi
Gedirsə, getsin gülə-gülə
Nazı, nazı, nazı, nazı
Nazı, nazı, az eylə nazı, nazı
Nazı, nazı, nazı, nazı
Nazı, nazı, az eylə nazı, nazı