Текст песни
Mavi nəğmələr deyər mavi Xəzərim
Tozlu dodaqlarını öpər şəhərin
İşıqlı axşamların, nurlu səhərin
Baxıb sənə deyərəm – “öz anam Bakı”
Nağıl kimi həzin olur aylı gecələr
Xəzərə hər baxanda mən gözlərim gülər
Hara getsəm, sənin adın qəlbimdə gedər
Hara getsəm, bu ürəyim sevgini bəslər
Durna kimi köçəndə burden gəmilər
Dalğalar səndən mənə danışar nələr
Ən uzaq ölkələrdə yuxuma gələr
Anam kimi sevimli, Mehriban Bakı
Nağıl kimi həzin olur aylı gecələr
Xəzərə hər baxanda mən gözlərim gülər
Hara getsəm, sənin adın qəlbimdə gedər
Hara getsəm, bu ürəyim sevgini bəslər
Ey əziz diyar
Mehriban Bakı
Ey əziz diyar
Mehriban Bakı