Текст песни
Küləyin səsi iliyimə qədər toxunur
İsti günahlarıma mənim layla oxuyur
Bu şəhər hər kəsi qova-qova namərd edir
Sonra sevgi badəsini şərəfinə vurur
Mənə de, ümidimiz varmı hələ?
Mənə de, zamanımız varmı hələ?
Məni qoruyan mələyim
Həyatımı sərf elədim
Dəfələrlə məyus edib
Səndən üzr istəmədim
Yalanların dəryasında
Sən həmin o saf bir ada
Mənim yorulan mələyim
Qədrini bilmədiyim
Bağışla məni
Bağışla məni
İşim çoxdur, danışa bilmirəm
Görüşdəyəm, sənə vaxtım yoxdur
Nə edim, daha böyüdüm
“Həyatımın ən əsas insanı” taxtın boşdur
Ürəyimə taxdım boşluğu
Valideyn sevgisinə indi yer tapılmır
Bakının qarı kimidir bu sevgi
Nə qədər yağsa da, yerdə qalmır
Dostlar, əyləncə, sevgi münasibətləri
Çayxanalar, kafelər
Saatımın əqrəbi hər şeyə vaxt tapa bilir
Deyən yox gəl vaxtına evə
Bizim işlər belədir, xatirələr bənzəyir dənizə
Cansız duyğuları dalğalar çıxarır hərdənbir üzə
Bakının küləklərindən daha çox əsdin üstümdə
Bilirəm, dualarımdakı Tanrıdan da çox
Müqəddəs idin əslində evimə
Bağışla, ana, üzdüm səni
Xəzərimsən, ruhum duzlar içində
Yoxluğun məhv etməsin deyə
Qəlbim gizlidir buzlar içində
Məni qoruyan mələyim
Həyatımı sərf elədim
Dəfələrlə məyus edib
Səndən üzr istəmədim
Yalanların dəryasında
Sən həmin o saf bir adam
Mənim yorulan mələyim
Qədrini bilmədiyim
Bağışla məni
Bağışla məni
Bağışla məni
Bağışla məni
Bağışla məni