Текст песни
Evlərinin dalı mərmər qayası
Ay dili-dili, dili-dili dilavər
Əcəb qoxur qızılgülün butası
Ay dili-dili, dili-dili dilavər
Mənim yarım ürkək ceyran balası
Ay dili-dili, dili-dili dilavər
Ay dili-dili, ay dili-dili, ay dili-dili dilavər
Ay dili-dili, ay dili-dili dilavər
Ay dili-dili, ay dili-dili, ay dili-dili dilavər
Ay dili-dili, ay dili-dili dilavər
Elimizdə toy olsun
Toy olsun, bayram olsun
Qoy yığılsın qonaqlar
Hamı mehriban olsun
Elimizdə toy olsun
Toy olsun, bayram olsun
Qoy yığılsın qonaqlar
Hamı mehriban olsun
Qızışdıraq bu məclisi
Heyran edək hər kəsi
Çal, ay usta, Reyhanı
Aləmə yayılsın səsi
Qızışdıraq bu məclisi
Heyran edək hər kəsi
Çal, ay usta, Reyhanı
Aləmə yayılsın səsi
Stəkanın sarısı, yara qurban olum
İçdim, qaldı yarısı, yara qurban olum
Stəkanın sarısı, yara qurban olum
İçdim, qaldı yarısı, yara qurban olum
Gedin, deyin yarıma, yara qurban olum
Gəlsin gecə yarısına, yara qurban olum
Gedin, deyin yarıma, yara qurban olum
Gəlsin gecə yarısına, yara qurban olum
Yara qurban, yara qurban, yara qurban olum
Yar, sənə qurban, sənə qurban, sənə qurban olum
Gedin, deyin yarıma, yara qurban olum
Gəlsin gecə yarısına, yara qurban olum
Gedin, deyin yarıma, yara qurban olum
Gəlsin gecə yarısına, yara qurban olum
Bu intizarlı eşqi telefonda demək olmur
Üzüqara, telefonda etdin işimi ləngi
Bu intizarlı eşqi telefonda demək olmur
Üzüqara, telefonda etdin işimi ləngi
Vur zəngi, zəngi, zəngi
Eylə yarı sən dəngi
Ey, yarı məhəbbətlə
Etmə məni bədrəngi
Vur zəngi, zəngi, zəngi
Eylə yarı sən dəngi
Ey, yarı məhəbbətlə
Etmə məni bədrəngi
O qara, o qara, o qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni
O qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni
Gözlərim yorulmayıb
Yolunu gözləməkdən
Bu dilim usanmayıb
Adını söyləməkdən
Gözlərim yorulmayıb
Yolunu gözləməkdən
Bu dilim usanmayıb
Adını söyləməkdən
Sevirsənsə, naz eyləmə
Sev doyunca, az eyləmə
Gözlərinlə könlüm evin
Yıxıb viran eləmə
O qara, o qara, o qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni
O qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni
Əlimi atdım almaya
Alma yerdə qalmaya
Allah qızı yaradıb
Oğlan subay qalmaya
Əlimi atdım almaya
Alma yerdə qalmaya
Allah qızı yaradıb
Oğlan subay qalmaya
A telli-telli ay qız
Ay şirin dilli ay qız
Anan səni mənə verməz
Mən neynim axı, ay qız?
A telli-telli ay qız
Ay şirin dilli ay qız
Anan səni mənə verməz
Mən neynim axı, ay qız?
Qəlbimi dindir
Sənə sözüm var
Naz-naz eyləmə
Gəl görüşək, yar
Çıx yaşıl düzə
Qonaq gəl bizə
Gözüm yoldadır
Xoş xəyaldadır
Tez gəl, ey gülüm
Gözəl sevgilim
Həyatımda var
Sevdalı bir yar
Çıx yaşıl düzə
Qonaq gəl bizə
Çıx yaşıl düzə
Qonaq gəl bizə
Çıx yaşıl düzə, ay balam
Qonaq gəl bizə
Çıx yaşıl düzə
Qonaq gəl bizə
Çıx yaşıl düzə
Qonaq gəl bizə
Çıx yaşıl düzə
Qonaq gəl bizə
Çıx yaşıl düzə, ay balam
Qonaq gəl bizə
Çıx yaşıl düzə
Qonaq gəl bizə