Обложка трека Mən İstədim — MadTeen, Rəssam, Çinarə Məlikzadə
3:36

MadTeen, Rəssam, Çinarə Məlikzadə Mən İstədim

Сингл · 2023

Скачать

Текст песни

Mən istədim, səndən ayrı qalım
Alınmır, əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır, əzizim, alınmır

Pəncərədə ötür illər, mən həmin fəsildəyəm
Hər ötən gün sənsiz keçən zülmətin içindəyəm
Nə olardı, qayıdardıq o dəyərli günlərə?
Ürəyim qaçır sənə, bir səs var, deyir mənə

Olmaz artıq bizdən nəsə
Biz sənlə qopduq ürəkdən
Unutmuşam təbəssümün
Ətrin qaçıbdır beynimdən

Nə olardı, qayıtsaydıq o dəyərli günlərə?
Ürəyim qaçır sənə, bir səs var, deyir mənə

Mən istədim, səndən ayrı qalım
Alınmır, əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır, əzizim, alınmır

Pəncərədə ötür illər, mən həmin fəsildəyəm
Görəsən nə qədər cəzam qalıb çəkilməyən?
Cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki
Görəsən hansı söz qalıb deyilməyən?

Bütün şeirlərimi döndərdim əlvidaya
Bircə sənə dodağım heç vaxt tərpənmədi
Bütün doğmalardan qaçmışam qaranlığa
Bircə gözlərindən heç vaxt gizlənmədim

Mən istədim , səndən ayrı qalım
Alınmır əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır əzizim, alınmır

Uzaq qalım
Alınmır əzizim, alınmır

Mən istədim , bizdən ayrı qalım
Alınmır əzizim
Alınmır

Лучшее от MadTeen

4:16
3:04
MadTeen, Rəssam
3:47
MadTeen, Rəssam
3:32
0:00 0:00