Обложка трека Yad Et — Mübariz Tağıyev
3:13

Mübariz Tağıyev Yad Et

Сингл · 1992

Скачать

Текст песни

Vəqta ki gülər bahari-amal
Hər yerdə yaşıllanır çəmənlər
Parlaq bir işıq alar fəzanı
Dünyanın üzü dönər cinanə
Vəqta ki bulud, duman görünməz
Qalmaz daha zülmdən nişanə
Yerlərdə bəşər üzü sürünməz
Qurd-quş sığınar bir aşiyanə
Gəzdikcə o aləmi-ziyanı
Baxdıqca o gülşəni-cəhanə
Yad et məni, şairanə yad et!
Yad et məni, Şaiqanə yad et!
Yad et məni, şairanə yad et!
Yad et məni, Şaiqanə yad et!
Vəqta ki bu şairi-vətəndən
Dünyada nə iz qalar, nə bir nam
Üzdükcə səadət içrə şən-şən
Sürdükcə dəmadəm ömrü-xoşdam
Gəzdikcə o aləmi-ziyanı
Baxdıqca o gülşəni-cəhanə
Yad et məni, şairanə yad et!
Yad et məni, Şaiqanə yad et!
Yad et məni, şairanə yad et!
Yad et məni, Şaiqanə yad et!
Yad et məni, qaibanə yad et!
Yad et!
Yad et məni!

0:00 0:00