Текст песни
Gecələr sənsiz uzun olur
Sanki zaman donub qalır
Gözlərim yollara baxır
Səsi gəlmir o tanış arzunun
Bir baxışın yetər, dəyişər hər şey
Kül olan ürək yenidən gülər
Səssizcə uçan o kağız təyyarə
Sənə çatmaq üçün yel kimi uçar
Sevgi deyilən bu yolda
Səndən başqa kim var?
Hər nəfəsdə adın var
Ürəyimdə izin var
Sən gələnə qədər sanki
Cəhənnəmmiş bu dünya
Əllərin əlimdə olanda
Dünya sanki dayanır
Buludlar dağılıb gedir
Günəş yalnız bizə saçır
Nə qədər uzaq olsaq da
Ürəklər bir yerdə
Zaman keçər, amma bu eşq
Əbədi olar bəlkə də
Sevgi yalanmış bu yolda
Səndən başqa kim var!
Hər nəfəsdə nifrətim var
Ürəyimdə dərin yaram var
Sən gələnə qədər sanki
Cəhənnəmmiş bu dünya!
Sən gələnə qədər
Cəhənnəmmiş bu dünya
Sən gələnə qədər
Комментировать