Текст песни
Payızın yarpağı yerə düşənde
Soyuq bir meh sənə salam verənde
Köhnə bir nəğməni kimsə oxuyanda
Səsin titrəyərsə,xatırla məni
Keçmişin izləri qəlbini didse
O köhnə xatirə gözündən getse
Yollara baxanda yorulsa gözün
Ağlına gələndə ən şirin sözüm
Sanki bir kölgətək yanındayam özüm
Tənha qalanda sən,xatırla məni
Xatırla məni, xatırla məni
Zaman rəngini dəyişsə də hər an
Xəyallar gətirsə bizdən bir nişan
Otən günlərimiz olarkən duman
Gözlərin dolarsa, xatırla məni
Unutmaq asanmı yaşananları?
O sirli,o nurlu,xoş anları!