Перейти к содержимому
Обложка трека Əlil — YAP10 feat. linza
4:17

Трек

YAP10 feat. linza Əlil

Альбом · Doremifasolyap10 · 2026 · Хип-хоп

Скачать

Текст песни

Səni gözlədim mən amma sən gəlmədin
Səni özlədim mən amma sevmədin ki, məni
1ci hissə
Yaz ayları, qonşuluqda bir dalan,
Göz görər, əl çatmaz, qəlb yanar.
Oğlan gizli sevər, qızın xəbəri belə yox,
O sarışın biri idi, zülfünü atar yana.
Qızın elə bir səsi var idi, tam da özləməli,
Özündənrazı biri idi, bunu kimsə gözləməli.
Oğlan sevirdi möhkəm və düşünür həqiqəti:
"O mənim nəyimi sevər ey, axı mən bir dizdən əlil?"
Qış gəlmişdi, şaxta küçədə, qar havasında,
Dözə bilmirdi vəziyyətindən, həyat xarabasından.
O həmişə küçədə dayanıb siqaretin yandırardı,
Qızın eyvanına baxardı əlil arabasından.
Oğlan uzatmır, anasına olanı-bitəni deyir:
"Onlardan yəqin ki, bilməz qusurumu bir kəs eyib.
Sarışınqilə get, istədiyimi de onlara,
Əsası, sevirəm mən, ürəyim ki şikəst deyil."
Qız oğlanı bəyənməz, atası verməz xeyir-dua,
Qız razı olsun deyə oğlan edər xeyli dua.
O ailənin meyli var dövlətə, meyli pula,
İnanmırdı onlar kimi biriləri ilə gedər yola.
2ci hissə
Bu həqiqət olur oğlana sanki sərt şillə,
İnsanlar sevgini qanmır, inan, tez dəyişirlər.
"Bilməzdim ailəsi görünüşə verərdi böyük önəm, heyf,
Özümü sağaldaram, yenidən istəyərəm, dönər geri."
Baxır ayaqlarına, düşür qızın əməli yada,
Və qərara gəlir, pul toplamalıdır əməliyyata.
Məqsəd qoyur, yenə də qızı silmir qəlbindən:
"Mən ona özümü sübut etmədimsə, deməli yadam."
Yola düşür, artıq əməliyyat uzaqda baş tutur,
Beş saatlıq ağır əməliyyat və sonda yaxşı sonluq.
Sağlam ayaqlarla anasını bağrına basdı,
Kövrəldi atarkən ilk addımları, zaman dondu...
Və anasının gözləri dolur,
Oğlunu sağlam görür, yaranır gülüş üzdə.
"Artıq bəyənərlər" – fikirləşir bütün yolu:
"Tanrı, hər şeyi sən xeyrə yönəlt dönüşümlə!"
Qayıdır əməliyyatdan, inanmır gözlərinə,
Gördü həmin qızı, doldu gözləri nəm.
Kiminsə köməkliyi... əlil arabası, sarımışdı başın,
Ayaqdan ağır xəsarət almışdı, vurmuşdu maşın.
İnanmır gözlərinə, yaxınlaşır, amma ki utanır qız,
Deyir ki: "Kaş yaşamazdım, olardım yaddaşsız.
Deyir ki: "Mən sənə qarşı insanlıq etməmişəm..."
Hönkürtüylə deyir ki: "Etdiklərimi bilməmişəm."
Oğlan deyir ki: "Görünüş əsas deyil istəyimdə,
Bax hardan-hara nəfəs ala bildik sənlə biz dərindən."
İllər sonra qız və oğlan artıq ailə qurmuş
Və sonda oğlan yuxuya dalır qızın dizlərində

0:00 0:00