Текст песни
Əllərin donsa ver
isidim onları, yoxsa get
Qoşa qala qapıları başına düşsün
solumda donsa yer
qaldım həmişə sənə həsrət
illərdir üzbəüz
sən Xəzər dənizi mənsə sənə baxan Domsovet
Hər dəfə get görüş yerinə qızıl gül ya da ki, jasmin apar
Qorxurdum aton balış altda rəsmi tapaq
həm nazını çəkirdim həm dərdini
qəlbimdən sən əskik olmazdın başdan vasmi papaq
"hə" deyəcəkdin atana əyib başını
sonra şalvar, ağ köynək bəzəyəcəkdi əyin başımı
saydığımızı saydıq, görmədik fələk saydığını
Bərkgedən mercedes də olacaqdı gəlin maşını
bizim ayrılmağımız oldu lap ani
səni itirdiyim əllər görəsən yaxşısını taparmı
dəyişər dövr bizim vaxtlar saf idi hər şey
zədələyib ayırdılar bizi sən sovetski mən papanin
çoxaldı qırışların
eşq dolu baxışların
geri qayıtmır fəsillər
artıq keçmiş illər
90lar xəzərdə var idi bol qayalar
sənə görə nəsə var idi inan ki, solda yanan
baksovetdə gözləyərdim sadə geyimlə
səni qarşılayardım məxsusi ağ rəngli volqaynan
gözüm gözündə idi
gözünə gözüm dəydi
sən yayla oxu atdın
bəs ürəyimə nöşn dəydi
günah özündə idi
sən uzaq durdun
və bilmirəm xətrinə hansı sözüm dəydi
de mənim qədər istəyərdi o vaxt kim yarın
görüş yeri bülvardakı dalğalı kafe mirvari
gözlərin yolundan döndərərdi dindarı
son görüş bəhanə idi gözlərin ilə işim var idi
yazdığım məktubları mən atdım havaya
Axşam idi üzünü təsvir edib baxdım mən aya
sən mənim vətənim idin uğrunda ölərdim
və mən çağırsa ellər gedərəm davaya