Текст песни
Uzundur gecələr, dalanda vaxt
Mən həmin gün halalı da harama da qatdım
Həyatımda heç kim qalmazkən
Mən sevinərəm inan ki, qalanda mal
Ağ ölümüm elə mənim damarıma axır
Uzun-uzadı xəyala dalanda sal
Bir də dostlar olmaz ki, dar anda bax
İynəni damarıma salanda ah!
Yanında qızlar falan da var
Həqiqət acı gələr, yalan da bal
Bir də bir bitər həyat da, paran da, bax
Görürsən, son andayam
Nə olar, həyata gəlim başdan
Peşmanam, üzülərək, əlim başda
Uzaq durur hamı bu əyin-başdan
Elə bitdi deyərkən dərim qaşınar
[Nəqərat]
Bezmişəm, amma geriyə yox ki, yol
Ağrılarımı ertələmək lazım
Ağrılarıma dözməyə razı, başlamaq çətin
Mən buna hazır
Bezmişəm, amma geriyə yox ki, yol
Ağrılarımı ertələmək lazım
Ağrılarıma dözməyə razı, başlamaq çətin
Mən buna hazır
[Keçid]
Mən bunu bacararam
Mən bunu bacararam
Sən bunu bacararsan!
Sən bunu, sən bunu!
Sən bunu bacararsan!
Sən bunu bacararsan!
[Bənd 2]
Dost dediklərinin hamısını bu gün tanıdın
Dürüstü axmaqdır
Təklədilər bu gün səni
Amma sən onlardan daha üstün, amma
Səni tək qoydu qardaşın, ağızda qan
Gözünün, bax üstü partlaq
Zəif olmadığını Bakıya qışqır
Ağlaya-ağlaya dağüstü parkdan
Zamana burax, “nigga” qıraqda bax
Gəl bunun həllini bir axtaraq, “nigga”
Əlavə vaxt verməz həyat
Oğlan olmayan bilməz həya
Sən yıxılma, dur! Peşman olma!
Göstər! Səninlə düşmən olmaq
Necə bir şeydir? Şahidi olsunlar!
Qalibsən, bir şübhən olmasın
Ver sinə! Bərk!
Sən inan o yaradana, əksi də şəkk
Bərk ol! Sonra bərk vur!
Sənə sadaladıqlarımın inan ki, ikisi də şərt
Hə! Bir daha da, tərini də sil
Əsəb beyindən qəlbimə pis
Tək qalanda oldunuz əlbir siz
Bu dəfə olmaz sizlərə kompromis
[Nəqərat]
Bezmişəm, amma geriyə yox ki, yol
Ağrılarımı ertələmək lazım
Ağrılarıma dözməyə razı, başlamaq çətin
Mən buna hazır
Bezmişəm, amma geriyə yox ki, yol
Ağrılarımı ertələmək lazım
Ağrılarıma dözməyə razı, başlamaq çətin
Mən buna hazır
Bezmişəm, amma geriyə yox ki, yol
Ağrılarımı ertələmək lazım
Ağrılarıma dözməyə razı, başlamaq çətin
Mən buna hazır
Bezmişəm, amma geriyə yox ki, yol
Ağrılarımı ertələmək lazım
Ağrılarıma dözməyə razı, başlamaq çətin
Mən buna hazır