Текст песни
Çox ürəyimi sıxır
Başıma gələn işlər
Başqa cür yaşamağa
Biraz ehtiyacım var
Onsuz da sevgilim də
Vəfasız çıxdı
İndi nə həll eləyir
Həyatını sənin
Artıq heç bir səbəbim yoxdur
Səni axtarmağa
Heç bir şey bağlamır məni
Artıq bu xəyala
Sevgilim də sağ olsun getdi
Bu çətin günümdə
Bircə bu qaranlıqdan çıxsam
Günəşim doğacaq
Özümü tanıyandan
Elə qaçaqaçdayam
Hərdən nəfəs almağa
Biraz ehtiyacım var
Hər kəs özü-özünü
Sevməyə başladı
Heç kəs heç kəsin dərdinə
Dərman olmadı
Artıq heç bir səbəbim yoxdur
Səni axtarmağa
Heç bir şey bağlamır məni
Artıq bu xəyala
Sevgilim də sağ olsun getdi
Bu çətin günümdə
Bircə bu qaranlıqdan çıxsam
Günəşim doğacaq
Cris Taylor, Emy Lia
Комментировать