Текст песни
Keçmişdən bir alınmaz olubdur qala
Təşrif buyuranlar da istəyir qala
Məskəni olmusan artıq çox milyonların
Səndə yaşayır doğmalarım
Əzizlər Bakımızı daim küləklər
Tarixdir burada bu köhnə məhəllələr
Məskəni olmusan artıq çox milyonların
Sənlə yaşayır doğmaların
“Bakı, Bakı” səslənir hər yerdə
Bakı, sən gözəlsən əzəldən
Bakı hər an gözləyir bizləri
Gözəllər şəhəri
Şəhərlər gözəli
Qarşılar doğmasıtək hər an qonağın
Bizlər Bakının olmalıyıq dayağı
Günəş də Bakıdan saçır Azərbaycana
Bizi almısan sən qoynuna
“Bakı, Bakı” səslənir hər yerdə
Bakı, sən gözəlsən əzəldən
Bakı hər an gözləyir bizləri
Gözəllər şəhəri
Şəhərlər gözəli
Комментировать