Текст песни
Sevgiyə bağlasam da qapıları, etsəm də tövbələr
O gələn zaman bütün kilidlər bir-bir açılır
Eşqi izah etməyə sərf etsəm də fərqli cümlələr
Əsl eşq qarşısında onlar belə aciz qalır
Onla, onla
Dünya gülüstan olar
Onla, onla
Görəndən bəri, mən onu görəndən bəri
Yuxusuzluqdan sönüb gözlərimin fəri
Görəndən bəri, mən onu görəndən bəri
Dərdindən solub qaldım bir sümük, bir dəri
Ovsunladı qəlbimi o, gözləri oldu əqlə bənd
Ondan keçmərəm ki, lap dünya yanıb kül olsun
Könlümə kök salıb baxışları ilə o zülfü kəmənd
Mənə bir gül bəs edər, qalan bütün güllər solsun
Onla, onla
Dünya gülüstan olar
Onla, onla
Görəndən bəri, mən onu görəndən bəri
Yuxusuzluqdan sönüb gözlərimin fəri
Görəndən bəri, mən onu görəndən bəri
Dərdindən solub qaldım bir sümük, bir dəri
Görəndən bəri, mən onu görəndən bəri
Yuxusuzluqdan sönüb gözlərimin fəri
Görəndən bəri, mən onu görəndən bəri
Dərdindən solub qaldım bir sümük, bir dəri