Текст песни
Bu gün qərar verdim ki, səndən gedim
Bu gün dünən deyil ki, sənlə gedim
Apar bütün xoş anları
Xatirələr boş anladım
Ürəyimə daş bağladım
Gözlərimdə yaş qalmadı
Nə sən istədiyin olmadı
Nə mən istədiyin olmadım
Səndən son istəyim budur
Birdəfəlik get
Geri gəlmə daha, gəlmə daha
Ürəyimi iki yerə bölmə daha
Sevgin ucuzdur yoxsa baha
Yox sabaha ümidim
Geri gəlmə daha, gəlmə daha
Mənim üçün ölürdün, ölmə daha
Dözdüm bu qədər zülmə nahaq
Sus, demə heç bir kəlmə daha, geri gəlmə daha
Sabah nə olacaq, özüm də bilmirəm
Nələr dəyişəcək, özüm də bilmirəm
Ya qalacam əvvəlkitək
Ya da yada qalacam tək
Ya yad olacaq bu ürək
Ya da dolacaq bu ürək
Nə sən istədiyin olmadı
Nə mən istədiyin olmadım
Səndən son istəyim budur
Birdəfəlik get
Geri gəlmə daha, gəlmə daha
Ürəyimi iki yerə bölmə daha
Sevgin ucuzdur yoxsa baha
Yox sabaha ümidim
Geri gəlmə daha, gəlmə daha
Mənim üçün ölürdün, ölmə daha
Dözdüm bu qədər zülmə nahaq
Sus, demə heç bir kəlmə daha, geri gəlmə daha