Текст песни
Həsrətinlə yaşamaq
O qədər də zor deyil
Ruhunun bir küncündə
Dolaşmaq ömür deyil
Sən eşqdən doymadığım
Tələskən an ağrısı
Gözlərimdə göynəyən
Acı duman yanğısı
Biz ayrı dünyaların
İki doğma insanı
Mən səninlə doğulub
Yaşayıram zamanı
Sən həsrətimə aşiq
Sən ayrılıq dəlisi
Mən səni az sevmək üçün
Savaş verən birisi
Gəl mənə unutmağın
Asan yolunu öyrət
Unudulmaq necəymiş
Sonra uzaqdan seyr et
Sən həsrətimə aşiq
Sən ayrılıq dəlisi
Mən səni az sevmək üçün
Savaş verən birisi
Gəl mənə unutmağın
Asan yolunu öyrət
Unudulmaq necəymiş
Sonra uzaqdan seyr et
Anbaan uzaqlaşıb
Şeirə çevrilirsən
Ümidlə göndərirəm
Ayrılıqla gəlirsən
Sən eşqdən doymadığım
Tələskən an ağrısı
Gözlərimdə göynəyən
Acı duman yanğısı
Biz ayrı dünyaların
İki doğma insanı
Mən səninlə doğulub
Yaşayıram zamanı
Sən həsrətimə aşiq
Sən ayrılıq dəlisi
Mən səni az sevmək üçün
Savaş verən birisi
Gəl mənə unutmağın
Asan yolunu öyrət
Unudulmaq necəymiş
Sonra uzaqdan seyr et
Sən həsrətimə aşiq
Sən ayrılıq dəlisi
Mən səni az sevmək üçün
Savaş verən birisi
Gəl mənə unutmağın
Asan yolunu öyrət
Unudulmaq necəymiş
Sonra uzaqdan seyr et
Həsrətinlə yaşamaq
O qədər zor deyilmiş
Sadəcə yaşadığım
Ömür, ömür deyilmiş