Обложка трека BİR ADAM — Парвиз Бабаев
3:22

Парвиз Бабаев BİR ADAM

Сингл · 2026

Скачать

Текст песни

Gecə divarlara söykənib susur
Küçələr ürəyimin səsini udur
Bir vaxt ürəyimdə işıq yandıran
Ümidlər kül olub, izi də solur
Ümidlər kül olub, izi də solur

İndi nə səni diləyirəm, nə də gözləyirəm
Hər şey yerindədir — bir mən deyiləm
Sənə inanan o köhnə adam
İçimdə yaşayır… amma mən deyiləm

İndi nə səni diləyirəm, nə də gözləyirəm
Hər şey yerindədir — bir mən deyiləm
Sənə inanan o köhnə adam
İçimdə yaşayır… amma mən deyiləm
Amma mən deyiləm

Zaman pəncərəmdən baxıb keçir
Köhnə xatirələr içimdən köçür
Bir adam var idi ki, sevgiyə inanan
İndi o da məndən üz döndərib gedir
Məndən üz döndərib gedir

İndi nə səni diləyirəm, nə də gözləyirəm
Hər şey yerindədir — bir mən deyiləm
Sənə inanan o köhnə adam
İçimdə yaşayır… amma mən deyiləm

İndi nə səni diləyirəm, nə də gözləyirəm
Hər şey yerindədir — bir mən deyiləm
Sənə inanan o köhnə adam
İçimdə yaşayır… amma mən deyiləm
Amma mən deyiləm

0:00 0:00