Текст песни
Bəlkə, bir gün deyə qapını açıq saxladım
Amma o dönməz, geri gəlməz
Hər gün özümə durmadan hey təkrarladım
O, buna dəyməz, qədir bilməz
Üz gülsə də, ruhum yas tutur sən deyə
Qəbir əzabı, sən olmasan hər diyar
Adın həm sevincim, həm də əziyyətimdir, yar
Yaşadıqlarım tragikomediya
Nələr çəkdim, dinmədim, məni eşqə düşən anlar
Dedim, bəlkə, düzələr zamanla
Dərdə dərman olarmı, söylə, heç şipşirin yalanlar?!
Bütün varlığım sən deyə qan ağlar
Üz gülsə də, ruhum yas tutur sən deyə
Qəbir əzabı, sən olmasan hər diyar
Adın həm sevincim, həm də əziyyətimdir, yar
Yaşadıqlarım tragikomediya
Üz gülsə də, ruhum yas tutur sən deyə
Qəbir əzabı, sən olmasan hər diyar
Adın həm sevincim, həm də əziyyətimdir, yar
Yaşadıqlarım tragikomediya