Текст песни
Darıxma, sevgilim, bitər bu həsrət,
Ayrı yollarımız birləşər bir gün.
Darıxma, sevgilim, bitər bu həsrət,
Ayrı yollarımız birləşər bir gün.
Yenə tapar bizi sevgi, səadət,
Rüzgarlar səmtini dəyişər bir gün.
Yenə tapar bizi sevgi, səadət,
Rüzgarlar səmtini dəyişər bir gün.
Rüzgarlar səmtini dəyişər bir gün.
Bu necə taledir, bu necə yazı?
Bilinmir ömrümün payızı, yazı.
Bu necə taledir, bu necə yazı?
Bilinmir ömrümün payızı, yazı.
Səbr et, çoxu gedib, qalıbdır azı,
Yəqin qismət bizlə barışar bir gün.
Səbr et, çoxu gedib, qalıbdır azı,
Yəqin qismət bizlə barışar bir gün.
Ayrılıq bitəcək uzun olsa da,
Həsrət qəlbimizdə yuva salsa da.
Ayrılıq bitəcək uzun olsa da,
Həsrət qəlbimizdə yuva salsa da.
Hər gün gözlərimiz yolda qalsa da,
Yorğun baxışımız birləşər bir gün.
Hər gün gözlərimiz yolda qalsa da,
Yorğun baxışımız birləşər bir gün.
Yorğun baxışımız birləşər bir gün.
Bu necə taledir, bu necə yazı?
Bilinmir ömrümün payızı, yazı.
Bu necə taledir, bu necə yazı?
Bilinmir ömrümün payızı, yazı.
Səbr et, çoxu gedib, qalıbdır azı,
Yəqin qismət bizlə barışar bir gün.
Səbr et, çoxu gedib, qalıbdır azı,
Yəqin qismət bizlə barışar bir gün.
Bu necə taledir, bu necə yazı?
Bilinmir ömrümün payızı, yazı.
Bu necə taledir, bu necə yazı?
Bilinmir ömrümün payızı, yazı.
Səbr et, çoxu gedib, qalıbdır azı,
Yəqin qismət bizlə barışar bir gün.
Səbr et, çoxu gedib, qalıbdır azı,
Yəqin qismət bizlə barışar bir gün.
Yəqin qismət bizlə barışar bir gün.