Eldar Mansurov feat. Aygün Kazımova Tək Səni Sevdim
Альбом · Eldar Mansurovun Mahnıları · 2021
Текст песни
Bəxtimin çiçəyi oldun, mənim göyçəyim,
Qəlbimin diləyi oldun, şirin şəkərim.
Taleyim səndən asılı, nazlı gözəlim,
Qismətim sənə yazılıb, dəcəl mələyim.
Mənə nə oldu, yanıb kül oldum.
Sevgi bir yoldur, heç sonu yoxdur.
Tək səni sevdim, taleyim bildim, könlümü verdim yar.
Mən sənsiz heçəm, sən mənim incəm, gündüzüm-gecəm yar.

Həsrətin soyuq nəfəsi sənə dəyməsin,
Vüsalın sevinc nəğməsi bəxtinə gülsün,
Ömrümün çırağı, gözlərimin nurusan,
Yaşamaram bu dünyada məni unutsan.
Qara gözlərin, yaman gözlərin,
Səni izlədim bu dərdə dözüm.