Обложка трека Bəxtəvər — Eldar Mansurov feat. Aygün Kazımova
1:57

Eldar Mansurov feat. Aygün Kazımova Bəxtəvər

Альбом · Eldar Mansurovun Mahnıları · 2021

Скачать

Текст песни

Ömrün heç nəyinə güvənmirəm mən
Qəfildən görərsən dünyadan köçər
İndi mənim özüm dünya kimiyəm
İçimdən xoşbəxt də, bədbəxt də keçər

Hər günüm bənzəyir titrəyən simə
Neçəsi dözmədi qopdu yarıda
Həyat üzümüzə çırparmış demə
Büllur suları da, çırkabları da

Gedərəm, gedərəm, hələ nə qədər
Nə mənzil başıdır, nə yarı yoldur
Görünür insanın ölənə qədər
Vüsala yetişmək ümidi olur

Endim bu həyatın zirvələrindən
Ürəyim dözmədi alışdı, yandı
Bəxtəvər nə sənsən, nə o, nə də mən
Bəxtəvər dünyaya doğulmayandır
Bəxtəvər dünyaya doğulmayandır
Bəxtəvər dünyaya doğulmayandır

0:00 0:00