Обложка трека İki Seçim — Elşad Xose feat. Xatirə Islam, Vahid Qədim
4:08

Elşad Xose feat. Xatirə Islam, Vahid Qədim İki Seçim

Альбом · İki Seçim · 2012

Скачать

Текст песни

Oxşamır nə qışa qış, nə yaza yaz
Yaz, yaza-yaza yaz, xoş avaza yaz
Yaza-yaza yaz, xoş avaza yaz
Qarşımda iki seçim
Bilməm, hansını seçim
Hansı, görəsən, rahat?
Sevgisiz nədir həyat?
Pulu görmüşəm, yetər
Hər imdadıma yetər
Mənim üçün vacib
Ürəkdir, sonra cib
Olsan qızılgül, tikan olaram
Bataram sənə yaxın gələn əllərə
Olsan ağıl, olaram dəli
Sənə olan ehtiyacım dəlil
Qızıl olsan əgər, zərgər kimi
Qoruyaram səni bir əsər kimi
Sən xoş əməlim, mən sənə yazılan savab
Sən ol sual, mən olum cavab
Yenə ağrıya yox dözüm
Yaddadır gözümə baxıb dediyin sözün
Sən ol sənət, mən sənətçi
Sən yeni şəhər, mən bələdçi
Ol təbəssüm, mən olum gülüş
Ol ehtiras, mən olub öpüş
Vardır sənə qarşı hisslərim
Qoyma hirslənim, heyfsilənim
Qarşımda iki seçim
Bilməm, hansını seçim
Hansı, görəsən, rahat?
Sevgisiz nədir həyat?
Pulu görmüşəm, yetər
Hər imdadıma yetər
Mənim üçün vacib
Ürəkdir, sonra cib
Bu, nə nazdır, nə ədadır?!
Nə cəfadır, nə bəladır
Nə cəzadır ki, verirsən
Mənə, ay qız?!
Sənə, ay qız, verirəm qəlbimi hətta
Ola dünya malı qurban
O gözəl qaş, gözə heyran
Üzə heyran, sözə heyran
Oluram ki, deyəsən “hə”
Canımı istəyəsən, “hə”
Demərəm, “yox”
Sənə çox-çox diləyim var
Ürəyim var
Onu qəmlə üzürəm mən
Dözürəm mən
Ki, qatırsan naza naz
Yaz, yaza-yaza yaz
Xoş avaza yaz
Qarşımda iki seçim
Bilməm, hansını seçim
Hansı, görəsən, rahat?
Sevgisiz nədir həyat?
Pulu görmüşəm, yetər
Hər imdadıma yetər
Mənim üçün vacib
Ürəkdir, sonra cib
Döyüşə-döyüşə, söyüşə-söyüşə
Görüşə-görüşə münasibət qur
Falçı qapısı yenə də axın
Yenə cadu olmaq üçün yaxın
Kimə vacib ancaq pul-para
Şam yeməyi, yer mərmər qara
Kimin yox pulu, ürəyi yara
Qızı dəvət edə bilmir nahara
Yenə min cür bahalı hədiyyə
Təki qız “hə” deyə, o da ona dəyə
Vay o günə ki araları dəyə
Alınır geriyə bahalı hədiyyə
Qəbul olunmur ürəyə sifariş
Bu, nə iş yenə pul, para nümayiş?!
Dünya malına yenə sitayiş
Yox sevgidə qəbz, ya da arayış
Qarşımda iki seçim
Bilməm, hansını seçim
Hansı, görəsən, rahat?
Sevgisiz nədir həyat?
Pulu görmüşəm, yetər
Hər imdadıma yetər
Mənim üçün vacib
Ürəkdir, sonra cib
Evimiz hardasa mərkəz
Alırıq həzz
Yenə son dəbdə çıxan xəz
Geyinib gəz
Başa düşməz, başa sallam
Bu məhəbbət dəyərin daş-qaşa sallam
Yenə allam nə gərəksə
Bu həyatın üzü bərksə
Kasıb öz dərdini çəksə
Gedər əksə
Hələ lazım gələcəksə
Maşın üçün çəkərəm xərc
Edərəm mərc
Bizə lazım deyil əyləc
Qazı bas, qaza-qaza yaz
Yaza-yaza yaz, xoş avaza yaz
Yaza-yaza yaz, xoş avaza yaz
Qarşımda iki seçim
Bilməm, hansını seçim
Hansı, görəsən, rahat?
Sevgisiz nədir həyat?
Pulu görmüşəm, yetər
Hər imdadıma yetər
Mənim üçün vacib
Ürəkdir, sonra cib

Elşad Xose feat. Vahid Qədim
3:58
Sevda Ələkbərzadə, Elşad Xose
3:53
Elşad Xose feat. Günay İbrahimli
3:47
Elşad Xose feat. Samira AliMaryam
3:53
0:00 0:00