Текст песни
Nə yaxşı ki, qoşulubdur qəlbimiz
Ürəyində yer qalmasın, dərd eləmə
Nə yaxşı ki, qovuşubdur qəlbimiz
Bu dünyada sən düşmüsən bəxtimə
Sən olmusan, gözəl, mənim qismətim
Uzaqlara göz tikirsən, bəs niyə?
Söylə görüm, axı nədir niyyətin?
İnanmırsan yoxsa eşqə, sevgiyə?
İstəsən, yenə gəl
Səndən ayrı bacarmaram
Dünya mənə dar olar
Gecə-gündüz sənsən fikrim, xəyalım
Heç sevən də sevənindən ayrılar?
Qoruyaram bu dumandan, bu çəndən
Könlüm hicran atəşinə qatlanıb
Necə deyim əl çəkirəm mən səndən?
Ürək sənə həmişəlik bağlanıb
Sənsiz günüm bir gör, necə gümandır
Hicranında ürəyim közlənər
Qəlbimdə bu qoxanaqdır, imandır
Gəl, sevgilim, gəl, sevgilim, gözlərəm
Sən olmusan, gözəl, mənim qismətim
Uzaqlara göz tikirsən, bəs niyə?
Söylə görüm, axı nədir niyyətin?
İnanmırsan yoxsa eşqə, sevgiyə?
İstəsən, yenə gəl
Səndən ayrı bacarmaram
Dünya mənə dar olar
Gecə-gündüz sənsən fikrim, xəyalım
Heç sevən də sevənindən ayrılar?
Qoruyaram bu dumandan, bu çəndən
Könlüm hicran atəşinə qatlanıb
Necə deyim əl çəkirəm mən səndən?
Ürək sənə həmişəlik bağlanıb
İstəsən, yenə gəl
Səndən ayrı bacarmaram
Dünya mənə dar olar
Gecə-gündüz sənsən fikrim, xəyalım
Heç sevən də sevənindən ayrılar?
Qoruyaram bu dumandan, bu çəndən
Könlüm hicran atəşinə qatlanıb
Necə deyim əl çəkirəm mən səndən?
Ürək sənə həmişəlik bağlanıb