Трек
Flora Kərimova Gəldi Bahar Küçəmizdən Keçəndə Sən
Альбом · Elza İbrahimovanın Bəstələri · 2021 · Поп
Текст песни
Elə bildim, bahar gəldi
Sellər coşdu, sular gəldi
Yaz müjdəli qaranquşlar
Uçdu, qatar-qatar gəldi
Küçəmizdən keçəndə sən
Gur işıqlar şölələndi
Hər tərəfə nur ələndi
Ay da, Gün də, ulduzlar da
Elə bildim, yerə endi
Küçəmizdən keçəndə sən
Keçdi bulud, yatdı külək
Qönçəsini açdı çiçək
Neçə təzə nəğmə qoşdu
İnsan kimi dindi ürək
Küçəmizdən keçəndə sən
Elə bildim, bahar gəldi
Sellər coşdu, sular gəldi
Yaz müjdəli qaranquşlar
Uçdu, qatar-qatar gəldi
Küçəmizdən keçəndə sən
Keçdi bulud, yatdı külək
Qönçəsini açdı çiçək
Neçə təzə nəğmə qoşdu
İnsan kimi dindi ürək
Küçəmizdən keçəndə sən