Перейти к содержимому
Обложка трека Gecələr Keçir — Zamiq Hüseynov
4:22

Трек

Zamiq Hüseynov Gecələr Keçir

Альбом · Best Of Aygun: All Stars · 2025 · Поп

Скачать

Текст песни

Səhərə nə qalır? Ulduzlar sönür
Səhərin yolları gecədən keçir
Üfüqdə bir solğun şəfəq görünür
Bu da bir qəribə gecədir, keçir

Bir gecə səninlə çəkildik bağa
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü, ay necə baxır ocağa
Elə bil alovdan nur çəkir, keçir

Gecələ bu ilıq gecəni məndə
Yada sal olanı, keçəni məndə
Gecələ hər gecələr, gecəni məndə
Deyirsən gedirəm, gecədir, gecdir

Bir gecə səninlə çəkildik bağa
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü, ay necə baxır ocağa
Elə bil alovdan nur çəkir, keçir

Bağa gəlib, gecələ gecəni məndə
Gizlətmə olanı, keçəni məndən
Səni ayrı salan gecəmi məndən
Onun nə günahı, gecədir, keçir

Bir gecə səninlə çəkildik bağa
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü, ay necə baxır ocağa
Elə bil alovdan nur çəkir, keçir

Gecələr keçir

0:00 0:00