Текст песни
Nələri itirdim, nələri tapdım
Ömrün yarısının çoxundan keçdim
Xeyrə yoldaş oldum, şərdənsə qaçdım
Bəzən iynənin gözündən keçdim
Bəzən günlərimi xoşbəxt yaşadım
Hər an dostlarıma güvən aşıladım
Bəzən ürəyimdə kədər daşıdım
Soyuqdan üşüdüm, qışından keçdim
Səmalar qarşımda açıldı bəzən
Dünya gah boz oldu, yaşıldı bəzən
Qurduğum xəyallar uçuldu bəzən
Ömrümün yazından, yayından keçdim
Yolumda çox oldu daş-qalaq, kəsək
Qurdular nə qədər fırıldaq, kələk
İlahi, sən göndərdin qoruyan mələk
Yenə də mən sənin yolundan keçdim
Bəzən günlərimi xoşbəxt yaşadım
Hər an dostlarıma güvən aşıladım
Bəzən ürəyimdə kədər daşıdım
Soyuqdan üşüdüm, qışından keçdim
Səmalar qarşımda açıldı bəzən
Dünya gah boz oldu, yaşıldı bəzən
Qurduğum xəyallar uçuldu bəzən
Ömrümün yazından, yayından keçdim