Обложка трека Musiqi Müəlliməsi — Elton Hüseynəliyev
4:03

Elton Hüseynəliyev Musiqi Müəlliməsi

Сингл · 2026

Скачать

Текст песни

Möcüzələrlə dolu sehrli əllərinlə
Barmaqlar zövqlə qatır piano dillərində
O mehriban, qayğılı, işıqlı gözlərində
Gizlənib nələr-nələr, musiqi müəlliməsi
Ey, gizlənib nələr-nələr, musiqi müəlliməsi
Kədərini gizlədib kirpiklərin altında
Oynaq mahnı səslənir könül duyğularında
Çoxu bilmir ki axı, qəlbindəki nisgildən
Qəmdən alovlanırsan, musiqi müəlliməsi
Ey, qəmdən alovlanırsan, musiqi müəlliməsi
A gülüm, musiqi müəlliməsi
Sən bir çəmən gülüsən, böyümədin dibçəkdə
Xatirələrdə qaldı ömür adlı gerçək də
Uzaqdan əl eyləyib gənclik adlı çiçək də
Notlarla bütövləşib kədərin-qəmin sənin
Ay aman, itirdiyin doğmandan küskündür qəlbin sənin
Kədərini gizlədib kirpiklərin altında
Oynaq mahnı səslənir könül duyğularında
Çoxu bilmir ki axı, qəlbindəki nisgildən
Qəmdən alovlanırsan, musiqi müəlliməsi
Ey, qəmdən alovlanırsan, musiqi müəlliməsi
A gülüm, musiqi xəzinəsi
Ey, musiqi müəlliməsi

0:00 0:00