Eldar Mansurov feat. Aygün Kazımova Axtaran Tapar
Альбом · Eldar Mansurovun Mahnıları · 2021
Текст песни
Bir nəğmə söylər aypara
Qovuşar sevgi yollara
Hər sevənin öz bəxti var
Axtaran tapar
Bu gecə dinməz rüzgar
Bir ülvi sevgi önündə
Açılar bağlı qapılar
Axtaran tapar
Mən səni görüb sevmişəm, mən sevgilim demişəm
Sənlə bəxtəvərik biz, qibtə etsin dost-tanış
Susmaz sevgi nəğməmiz, gəlsə qış-bahar
Susmaz sevgi nəğməmiz, gəlsə qış-bahar
Hər ömür həsrət, vüsaldı
Əzəl gündən bir sualdı
Hərdən bir keçmişə boylan
Gör bir nə qaldı?
Qəlbən sevən xoşbəxt olar
Qorxutmaz hicran, intizar
Hərənin öz qisməti var