Обложка трека Biləydin Kaş — Eldar Mansurov feat. Faiq Ağayev
2:54

Eldar Mansurov feat. Faiq Ağayev Biləydin Kaş

Альбом · Eldar Mansurovun Mahnıları · 2021

Скачать

Текст песни

Baxışınla vurdun məni
Naz edib, yordun məni
Sənsizlikdə gördün məni
Mən kimi qalaydın kaş!

Qəlbi dərdə salan yerdə
Məni yad bilən yerdə
Eşqimi alan yerdə
Canımı alaydın kaş!

Giley dolu sözlərimi
Ürəyin kaş biləydi
Qan ağlayan gözlərimi
Əllərin kaş siləydi

Ey gülüm, sevgilim, əzizim
Mən sənsiz söylə necə dözüm?

Qurban olum, gülüm, sənə
Dönübsən aya, günə
Tək xatirən qalıb mənə
Ömrümdə qalaydın kaş

Gözüm dolan gecələrdə
Qəm olan gecələrdə
Tək qalan gecələrdə
Yuxuma gələydin kaş

Giley dolu sözlərimi
Ürəyin kaş biləydi
Qan ağlayan gözlərimi
Əllərin kaş siləydi

Ey gülüm, sevgilim, əzizim
Mən sənsiz söylə necə dözüm?

0:00 0:00