Текст песни
Dağlarımın başı uca qarlıdır
İzlər salıb gedər ömür
Vətənimin qəlbi təmiz, gül kimi
Nəğmə deyib gedər ömür
Qanadı yıxılmış göyərmiş kimi
Uçmaram içimdə bir övlad yası
Sevən ürəklərə çəkər şəklimi
Bu qəmli, kədərli alın yazısı
Qurbanam bu əziz torpağa, Vətənə
Tanrımız buyurdu, bizə bəxş edib
Göylərə ucalan işıqlı elim var
Şuşamız deyəcək Natəvanım var
Yorulmaz qələmli, qılınclı əlim
Yaşadım gah payız, gah bahar kimi
Vəfasız dünyaya xan qızı gəldim
Gedərəm nəğməli hökmdar kimi
Gözlərimdən axar həsrət selləri
Ürək solğun qəmli, çəmən
Gözəlliyə qurban verib gülləri
İpək xalı yaratdım mən
Qanadı yıxılmış göyərmiş kimi
Uçmaram içimdə bir övlad yası
Sevən ürəklərə çəkər şəklimi
Bu qəmli, kədərli alın yazısı
Qurbanam bu əziz torpağa, Vətənə
Tanrımız buyurdu, bizə bəxş edib
Göylərə ucalan işıqlı elim var
Şuşamız deyəcək Natəvanım var
Yorulmaz qələmli, qılınclı əlim
Yaşadım gah payız, gah bahar kimi
Vəfasız dünyaya xan qızı gəldim
Gedərəm nəğməli hökmdar kimi
Gedərəm nəğməli hökmdar kimi