Текст песни
Söz verirəm, sevəcəyəm səni hər an,
Qovuşarıq biz sonsuzluqda bu an.
Anladım səni görəndə o gün,
Yazılıb səninlə ömrümə hər an.
Nəhayət bizə güldü bu bahar,
Sən gətirdin həyatıma bahar.
Nağıllar kimi olsun sevgimiz,
Solmasın güllər, bitməsin bahar.
Nəqarət:
Gözümün işığıdır bu sevgi,
Üzümdəki gülüşdür bu sevgi.
Toxunmasın bizə heç bir hicran,
Səninlə bu sevgi, sonsuz bu sevgi.
Gözümün işığıdır bu sevgi,
Üzümdəki gülüşdür bu sevgi.
Toxunmasın bizə heç bir hicran,
Səninlə bu sevgi, sonsuz bu sevgi.